Braziliyalı gənc ulduz "Barselona"da

"Barselona", Braziliya "Koritiba"sında çıxış edən Yan Koutonun transferini yekunlaşdırmaq üzrədir.

Sportline.az xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı braziliyalı cinah müdafiəçisi üçün 5 milyon avro ödəyəcək.

Bildirilib ki, oyunçu 18 yaşına çatana kimi "Koritiba"da qalacaq. Onunla tezliklə müqavilə imzalanacaq.

Qeyd edək ki, Yan Kouto Braziliya millisi ilə 17 yaşadək futbolçular arasında dünya çempionu olub.