Brazilyalı futbolçu "Mançester Yunayted"ə transfer olmağa yaxındır

"Vulverhempton"un brazilyalı futbolçusu Mateus Kunya mövsümün sonunda komandasını dəyişəcək.

Sportline.az jurnalist Kaveh Solhekolun məlumatına istinadən xəbər verir ki, "Mançester Yunayted" Kunyanı transfer etməyə çox yaxındır.

Bu keçid üçün "Mançester Yunayted" qarşı tərəfə 50 milyon avro ödəyəcək.

Qeyd edək ki, Kunya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 31 matçda 16 qol 4 asistlə yadda qalıb.

Onun "Vulverhempton"la müqaviləsi 2029-cu ilin iyun ayına qədərdir.