Brazilyalı futbolçunun transfer qiyməti açıqlanıb
"Vulverhempton" brazilyalı futbolçusu Mateus Kunyanın transfer qiymətini açıqlayıb.
Sportline.az "Mail Sport"a istinadən xəbər verir ki, İngiltərə klubu Kunya üçün 62.5 milyon avro tələb edir. Bu futbolçunun sərbəst qalma məbləğidir.
25 yaşlı hücumçu ilə "Arsenal" yaxından maraqlanır. London klubunun baş məşqçisi Mikel Arteta Kunyanı komandasında görmək istəyir.
Qeyd edək ki, Kunyanın "Vulverhempton"la müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 15 qol və 4 məhsuldar ötürmə müəllifi olub.