"Brentford"u "Arsenal"a dəyişə bilər

"Arsenal" "Brentford"un danimarkalı futbolçusu Kristian Norqaardla yaxından maraqlanır.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, London klubu bu keçid üçün 10+5 milyon avro ödəməyə hazırdır.

31 yaşlı futbolçu "Arsenal"da çıxış etməyə müsbət yanaşır.

Qeyd edək ki, Norqaard bu mövsüm çıxış etdiyi 35 matçda 6 qol 4 asistlə yadda qalıb.