BTA birinciliyi başa çatdı

Bakı Tennis Akademiyasında BTA birinciliyi keçirilib.

Sportline.az xəbər verir ki, artıq qaliblər müəyyənləşib. 9-12 yaşlı qızlar arasında Mariya Sabayeva 1-ci, Aliyə Namzova 2-ci, Dəniz Bağırova 3-cü yeri tutub.

7-10 yaşlı oğlanlardan Raul Yüzbaşev 1-ci, Camil Məmmədli 2-ci, Heydər Əfəndiyev 3-cü olub.

11-12 yaşlı oğlanların yarışında isə Murad Behbudov 1-ci, Cavid Məmmədli 2-ci, İsmayıl Sadıqzadə 3-cü yerə layiq görülüb.

Yarışda ümumilikdə 25 nəfər iştirak edir. Turnirin keçirilməsində əsas məqsəd tennis idman növünün uşaq və yeniyetmələr arasında təbliğidir.