"El-Klasiko"da qalib müəyyənləşmədi

Bu gün futbolsevərlər növbəti "El-Klasiko"ya şahidlik ediblər. SportLine.az xəbər verir ki, əzəli rəqiblər - "Barselona" və "Real" İspaniya Kubokunun yarımfinal mərhələsi çərçivəsində üz-üzə gəlib.

İlk oyun "Nou Kamp"da təşkil olunub. Bakı vaxtı ilə gecəyarısı başlanan görüşdə qalib müəyyənləşməyib.

Yarımfinalın digər görüşündə "Betis" və "Valensiya" münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, "Barselona" 1/4 finalda "Sevilya"nı, "Real" isə "Jirona"nı mübarizədən kənarlaşdırıb.

07 fevral 2019
İspaniya Kuboku
Yarımfinal (ilk oyun)

"Barselona" - "Real" - 1:1
QOLLAR:
Vaskes, 6 (0:1); Malkom, 57 (1:1)