Bu gün Bakıda Formula 2 yarışı keçiriləcək
Bu gün Bakıda Formula 2 yarışının VII mərhələsi keçiriləcək. Sportline.az xəbər verir ki, yarışda 20 pilot bacarığını göstərəcək. 29 dövrəli mübarizəyə saat 12:00-da start veriləcək. İyunun 23-də reallaşan sıralama turunda ən yaxşı nəticəni “Prema Racing” komandasından Şarl Lekler göstərib - 1:52.129. Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə üçüncü olub. Qeyd edək ki, Formula 2 yarışının 21 dövrədən ibarət olacaq VIII mərhələləsi iyunun 25-də keçiriləcək və saat 14:00-da başlayacaq.