Bu gün Paris olimpiadasının açılış mərasimi olacaq

Bu gün Fransanın paytaxtı Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

Sportline.az xəbər verir ki, 4 illiyin zirvə yarışının açılış mərasimi ilk dəfə stadiondan kənarda - Sena çayının ətrafında olacaq.

Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdiriləcək.

Bundan başqa, 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək.

Açılış mərasimi yerli vaxtıla saat 19:30-da, Bakı vaxtı ilə 21:30-da başlanacaq.

Paradda Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev daşıyacaq.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Komandamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Olimpiya oyunlarına avqustun 11-də yekun vurulacaq.