"Bursaspor" fanatları Dəniz Yılmaza etiraz etdi: Bir də bu formanı geyinmə!

Türkiyə Super Liqasının növbəti turu çərçivəsində keçirilən "Kayserispor" - "Bursaspor" matçı gündəmi zəbt edib. SportLine.az xəbər verir ki, buna Azərbaycan millisinin üzvü Dəniz Yılmazın etdiyi hərəkət səbəb olub.

Matçın 19-cu dəqiqəsində rəqib futbolçunun ayağına bilərəkdən zərbə endirərək birbaşa qırmızı vərəqə ilə cəzalandırılan D.Yılmaza hər iki komandanın azarkeşləri etirazlarını bildiriblər. “Bursaspor”un baş məşqçisi Mutlu Topçu da futbolçunu buna görə qınayıb.

D.Yılmaz Bursada da etirazlarla qarşılanıb. Azarkeşlər ona, "Bir də bu formanı geyinmə!" deyiblər.

Qeyd edək ki, “Kayserispor” – “Bursaspor” görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.