İnna Osipenko-Rodomska: "Bu cür yarışlarda fəxri kürsüyə qalxanların hamısı qalib sayılır"
“Bütün ömrümüz boyu bu yarışlara hazırlaşırıq. Göstərdiyim nəticədən razıyam. Bu uğur illərlə çəkilən gərgin zəhmətin bəhrəsidir”. SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycana bürünc medal qazandıran İnna Osipenko-Rodomska deyib.
İdmançımız Olimpiadada qazanılan medalın böyük uğur olduğunu bildirib: “Olimpiada medalı, Olimpia medalıdır. Bu cür yarışlarda fəxri kürsüyə qalxanların hamısı qalib sayılır. Milyonlarla idmançı yarışlara hazırlaşsa da, hətta Olimpiadaya qatılmağa nail ola bilmir. Bu baxımdan, qazanılan hər bir medal böyük uğurdur. Qarşıda 500 metr məsafəyə yarış var. Bu sınaqdan da üzüağ çıxmağa çalışacağam”.
Xatırladaq ki, İnna Osipenko-Rodomska 200 metr məsafəyə kayak yarışlarında ölkəmizə bürünc medal qazandırıb.
Səmayə Məmmədova
GİN-in mətbuat katibi