"Bütün futbol dünyası bir əfsanəni itirdi"

"Bütün futbol dünyası bir əfsanəni itirdi"

Sportline.az xəbər verir ki, bunu "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq əfsanəvi Bobbi Çarltonun ölümü barədə BBC-yə danışarkən deyib.

“Bizim bütün dualarımız onun ailəsinədir. Bütün futbol dünyası bir əfsanəni, görkəmli şəxsiyyəti, nəhəngi itirdi. O, meydanda və əlbəttə ki, ondan kənarda da belə idi" - deyə ten Haq açıqlama verib.