Cahangir Fərəcullayev: "Hər şeyə sıfırdan başlamalıyıq"
"Hazırkı durumda hər şeyə sıfırdan başlamalıyıq. Uşaq futbolu yaralı yerimizdir. Bunu da bilməliyik ki, infrastruktur olmadan uşaq futbolu inkişaf etməyəcək".
Sportline.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev milli assosiasiyanın Hesabat Konfransında deyib.
O, AFFA-nın oyunçu yetişdirməklə bağlı klublara dəstək olacağını söyləyib:
"Biz sıfırdan ev tikməliyik. Düzgün bünövrə təhsildən başlayır. Müqayisə üçün deyim ki, 10 milyon əhalisi olan ölkədə cəmi 7 təlimçi var. Müxtəlif kateqoriyada məşqçi bazamız da artmalıdır. Gənc yaşda futbolçuların da bu sahədən uzaqlaşması problemlərimizdən biridir. Uşaq və gənclər futbol liqalarında islahatlar üzərində çalışacağıq. Futbol akademiyalarında klublar da yardımçı olmalıdır. Ölkə futbolunda səviyyəli hakimlər də azdır. Onları da yetişdirməliyik. İnfrastruktur baxımından da sıxıntılarımız var".