Cerred Boven “Liverpul”a transfer olmaq istəyir

“Vest Hem Yunayted”in ingiltərəli futbolçusu Cerred Boven “Liverpul”un maraq dairəsindədir.

Sportline.az “Football İnsider” nəşrinə istinadən xəbər verir ki, Boven “Liverpul”un təklifinə müsbət yanaşır.

28 yaşlı futbolçunun transfer qiyməti 50 milyon avro olaraq təyin olunub.

Qeyd edək ki, Boven bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub.