Çağlar Söyüncü "Atletiko Madrid"də qalır

"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simyone Çağlar Söyüncüylə bağlı qərarını verib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəsis komanda rəhbərliyinə Çağlar Söyüncünün komandada qalmasını istədiyini bildirib. 

Türkiyəli futbolçu da komandada qalmaq istədiyini və uzun müddət klubun şərəfini qorumağa hazır oluduğunu deyib.

Qeyd edək ki, daha öncə Çağlar Söyüncünün "Fənərbağça" və "Beşiktaş" klubları ilə adı hallanırdı.