Giorgio Çellini karyerasını bitirdiyini açıqlayıb
"Los Ancels" klubunda çıxış edən 39 yaşlı müdafiəçisi Giorgio Çellini rəsmi olaraq karyerasını bitirdiyini açıqladı.
Sportline.az Gaol.com-a istinadla xəbər verir ki, təcrübəli futbolçu X sosial şəbəkəsində paylaşım edərək futboll vidalaşıb.
Gergio Çellini fanatları ilə sağollaşaraq " Hər şey üçün çox sağ olun. Sizi çox sevirəm",-deyib.
Qeyd edək ki, Giorgio Çellini karyerası ərzində "Fiorentina" və "Yuventus" kimi klubların şərəfini qoruyub. Son olaraq isə "Los Ancels" klbuna transfer olunub.