"Çelsi" bu futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır

"Kristal Pelas"ın ingiltərəli futbolçusu Mark Gehi "Çelsi"nin transfer hədəfinə çevrilib.

Sportline.az "Sunday Mirror" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" bu keçid üçün qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

24 yaşlı stoperin "Kristal Pelas"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Gehi cari mövsüm çıxış etdiyi 37 matçda 3 qol və 2 asistlə yadda qalıb.