"Çelsi" fransalı futbolçusunu satacaq

"Çelsi" fransalı futbolçusu Kristofer Nkunku ilə bağlı qərar verib.

Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, London klubu Nkunkunu satmaq istəyir.

27 yaşlı futbolçu üçün "Çelsi" 50 milyon avro tələb edir.

Qeyd edək ki, Nkunku bu mövsüm çıxış etdiyi 39 matçda 14 qol və 5 asistlə yadda qalıb.

Onun "Çelsi" ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.