"Çelsi" "Liverpul"a 40 milyon avro təklif edib
"Çelsi" "Liverpul"un irlandiyalı qapıçısı Kelleheri transfer etmək niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
London klubu "Liverpul"a Kelleher üçün 40 milyon avro təklif edib.
Qeyd edək ki, 26 yaşlı kiperin Merisayd klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
O bu mövsüm "Liverpul" heyətində 18 rəsmi matçda iştirak edib və qapısında 17 top görüb.