"Çelsi" Rakitiçlə razılığa gəldi

İvan Rakitiçin "Barselona"nı tərk edəcəyi dəqiqləşib. SportLine.az xəbər verir ki, xorvatiyalı futbolçu "Çelsi" ilə razılığa gəlib.

"Sport.es"in məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi cari mövsümün sonunda İspaniyanı tərk edəcək. 

London klubunun baş məşqçisi Maurisio Sarri Sesk Fabreqasının gedişindən sonra yarımmüdafiə xəttində yarana biləcək problemləri İ.Rakitiçlə həll etmək niyyətindədir.

İ.Rakitiç cari mövsüm "Barselona" forması ilə 30 oyunda iştirak edib və 3 qol vurub.

Qeyd edək ki, İ.Rakitiçin Kataloniya klubu ilə müqavilə müddəti 2021-ci ildə bitəcək.