"Çelsi" üçün hər şeyi edirik"

"Çelsi"nin futbolçusu Moises Kaysedo komandası haqqında nikbin düşünür.

Sprotline.az "Sky Sports"a istinadla xəbər verir ki, yarımmüdafiəçi zamanla "zadəganlar"ın daha da yaxşı çıxış edəcəyinə inanır.

“Bu, bir az vaxt aparır. İndi bizə inanmayanlar sonda buna əmin olacaqlar, çünki biz klubu layiq olduğu yerə çatdırmaq üçün hər şeyi edirik”, - deyə Kaysedo bildirib.

Qeyd edək ki, 12 xalı olan “Çelsi” turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.