"Çelsi" və "Arsenal"dan Gyökeres həmləsi
"Sportinq"in isveçli futbolçusu Viktor Gyökeres mövsümün sonunda komandasını dəyişə bilər.
Sportline.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, "Çelsi" və "Arsenal" Gyökeresi transfer etmək üçün yarışa girib.
26 yaşlı futbolçunun "Sportinq"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Gyökeresin transfer qiyməti 70 milyon avro olaraq təyin olunub.