"Çelsi"də 7 ayrılıq birdən

"Çelsi" klubunun baş məşqçisi Maurisyo Poçettino rəhbərliyə 7 futbolçu ilə yolları ayırmaq istədiyini bildirib. 

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssis komandanı yenidən yaratmaq üçün Noni Madueke, Armando Broxa, Mark Kukurella, Aksel Diasi, Trevo Çaloba, Lan Maatsin və Malo Qutsonu komandadan göndərmək qərarına gəlib. 

"Zadəganlar" futbolçuların satışından əldə etdikləri gəlirlə yeni heyət yaratmaq niyyətindədirlər.

Qeyd edək ki, Maurisyo Poçettino bu addımı azarkeşlərin ağır tənqidlərindən sonra atıb.