"Çelsi"dən "Barselona"ya 100 milyonluq təklif

Heyətini gücləndirmək istəyən "Çelsi" Filip Koutinyoya "elçi düşüb". SportLine.az xəbər verir ki, London klubu bununla bağlı futbolçunun məxsus olduğu "Barselona"ya 100 milyon funt-sterlinq təklif etməyə hazırlaşır. 

"Sunday Express"in məlumatına görə, yarımmüdafiə xəttindəki problemləri həll etmək istəyən baş məşqçi Maurisio Sarri cari mövsümün sonunda Braziliya millisinin üzvünü komandasında görmək niyyətindədir.

Qeyd edək ki, F.Koutinyo "Barselona"ya "Liverpul"dan keçib.