"Çelsi"dən yeni transfer həmləsi

"Ayntraxt"ın fransalı futbolçusu Hüqo Ekitike "Çelsi"nin maraq dairəsinə düşüb.

Sportline.az jurnalist Simon Fillipsin məlumatına istinadən xəbər verir ki, London klubu mövsümün sonunda Hüqo Ekitike üçün "Ayntraxt"a rəsmi təklif göndərəcək.

22 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ekitike bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 44 matçda 21 qol 9 asistlə yadda qalıb.

Onun transfer qiyməti 60 milyon avro olaraq təyin olunub.