"Çelsi"nin futbolçusu fevral ayınadək yaşıl meydanlardan kənarda qalacaq

"Çelsi"nin sağ cinah müdafiəçisi Ris Ceyms zədə üzündən fevral ayınadək komandasına kömək edə bilməyəcək.

Sportline.az Goal.com-a istinadla bildirir ki, komandanın baş məşqçisi Maurisyo Poçettino aparıcı futbolçuların zədələnməsi ilə bağlı narahat olduğunu deyib. 

"Çelsi" klubunun həkimlrinin verdiyi məlumata əsasən 24 yaşlı ingiltərəli müdafiəçinin zədəsinin ciddi olduğu bildirilib.

Qeyd edək ki, Ris Ceyms "Everton"la görüş zamanı zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.