"Çelsi"nin gözü o futbolçunun üzərindədir
"Çelsi" "İpsviç"in ingiltərəli futbolçusu Liam Delap üçün hərəkətə keçib.
Sportline.az jurnalist Natan Soltun məlumatına istinadən xəbər verir ki, London klubu bu keçid üçün qarşı tərəfə 40 milyon avro ödəməyə hazırdır.
22 yaşlı futbolçunun "İpsviç"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Liam Delap bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 12 qol və 2 asist müəllifi olub.