“Çelsi”nin yeni hədəfi

“Çelsi” “Feyenord”un slovakiyalı müdafiəçisi David Hançko ilə yaxından maraqlanır.

Sportline.az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, London klubu Hançko üçün “Feyenord”a rəsmi təklif göndərib.

Niderland klubu 27 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

Qeyd edək ki, Hançko bu mövsüm çıxış etdiyi 41 matçda 4 qol və 4 asistlə yadda qalıb.