Çempion komandasını dəyişdi

"Mersedes" komandasının Formula 1 üzrə 7 qat dünya çempionu Luis Hemilton yeni mövsümdən yeni komandada çıxış edəcək.

Sportline.az xəbər verir ki, britaniyalı pilot bundan sonra "Ferrari" komandasına qoşulacaq.

Mənbənin bildirdiyinə görə, Hemilton artıq İtaliya təmsilçisi ilə müqavilə imzalayıb.

Bu gündən etibarən "Ferrari" komandasının üzvü olan pilot Karlos Saynzı əvəz edəcək.

Qeyd edək ki, Hemilton ötən mövsüm 234 xalla ümumi sıralamada 3-cü yeri tutub. 

Çempion adını isə Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen qazanıb.