Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" görüşünün vaxtı bəlli olub

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi "Linkoln"la qarşılaşacaq "Qarabağ"ın ilk oyununun vaxtı bəlli olub.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını səfərdə keçirəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda iyulun 23-ü, saat 20:00-da "Europe Point" stadionunda rəqibin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Bakıdakı görüş iyulun 30-da baş tutacaq.