Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək
Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bu gün müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, "Linkoln" (Cəbəllütariq) və "Hamrun" (Malta) komandaları I təsnifat mərhələsi çərçivəsində Cəbəllütariqdə cavab matçına çıxacaqlar.
Maltada baş tutmuş ilk görüşdə "Linkoln" 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Ağdam klubu bu duelin qalibi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.