Çerki İngiltərə nəhənginə transfer ola bilər

"Lion"un fransalı futbolçusu Rayan Çerki "Mançester Yunayted"in əsas transfer hədəfinə çevrilib.

Sportline.az "Sunday Mirror" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted"in rəhbərliyi oyunçunun meneceri ilə danışıqlara başlayıb.

21 yaşlı futbolçunun "Lion"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Çerki bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 11 qol və 18 məhsuldar ötürmə müəllifi olub.