Çimayev Striklendlə döyüşə bilər

2024-cü ildə döyüş həvəsrkarları möhtəşəm duel izləyə bilərlər.

Sportline.az TASS-a istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Həmzət Çimayev gələn il Anerika Birləşmiş Ştatlarından olan Şon Striklendlə çempionluq döyüşünə çıxa bilər.

Qeyd edək ki, Çimayev son döyüşünü oktyabrın 21-də keçirib. O, Əbu-Dabidə UFC 294 turnirində nigeriyalı Kamaru Usmanı məğlub edib.