Paris 2024: Çinli ağır atlet Şifan Luo 3 rekord birdən müəyyənləşdirərək qızıl medalın sahibi olub

2023-cü il dünya çempionu, çinli ağırlıqqaldıran Şifan Luo Parisdə keçirilən Olimpiadada 59 kq-a qədər çəki dərəcəsində qızıl medalın sahibi olub. Qadın idmançı bununla bərabər bir neçə olimpiya rekorduna da imza atıb.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, Şifan Luo birdən qaldırmada 107 kq, təkanla qaldırmada isə 134 kq-lıq ağırlıq qaldırıb (hər iki nəticə əvvəllər Olimpiadada qeydə alınmamışdı). Bundan əlavə, çinli qadın qaldırdığı 241 kq-lıq ağırlıq ilə də Olimpiada rekordunu yeniləyib.

Gümüş medalın sahibi 236 kq-lıq dərəcə ilə kanadalı Mod Şarron olub. Bürünc medalı Tokio 2020-nin çempuonu tayvanlı Ko Sinçun qazanıb.