Cokoviç "Böyük dəbilqə"yə əsas namizədləri açıqladı
"Böyük dəbilqə" turnirlərinin 24 qat qalibi Novak Çokoviç gələn il üçün yarışların əsas favoritlərindən söz açıb.
Sportline.az xəbər verir ki, serbiyalı tennisçi, 2025-ci ilin mənzərəsini necə gördüyünü bildirib.
"Hələ yüksək səviyyədə çıxış edə biləcəyimi hiss edirəm. Bəli, Sinner və Alkaras dünyanın ən yaxşı tennisçiləri sayıla bilərlər. Bu, reallıqdır. Onlarla yanaşı Zverevin də adını çəkmək olar. Hər üçü qarşıdakı yarışların favoritləridir", - deyə Cokoviç "Рunto de Break"ə fikrini açıqlayıb.
Qeyd edək ki, Novak üçün gələn ilin ilk yarışı Brisbendə keçiriləcək ATP seriyalı turnir olacaq.