Cokoviç əfsanəsi davam edir
İtaliyanın Turin şəhərində tennisçilərin ilin yekun turnirində növbəti oyunlar olub. Yaşıl qrupda mübarizə aparan serbiyalı Novak Cokoviç norveçli Kasper Ruda qalib gəlib. İlk setdə tay-brekdə üstün olan Cokoviç növbəti hissədə də qələbə qazanıb: 6:2.
Rusiyalı Andrey Rublyov da turnirə uğurla start verib. O, yunanıstanlı Stefanos Tsitsipasla görüşün hər iki setində rəqibini 6-4 hesabı ilə məğlub edib. Mükafat fonfu 7 milyon 250 min dollar olan turnirə noyabrın 21-də yekun vurulacaq.
Qadın raketka ustaları isə Meksikanın Qvadalaxara şəhərində mübarizə aparır. Yarışda qrup oyunları başa çatıb. 3-cü turda polşalı İqa Şvöntek ispaniyalı Paula Badosa Hibertə qalib gəlib. 7-5 və 6-4. Bu, Şvöntekin yarışda ilk qələbəsi olub. Paula Badosa Hibert məğlubiyyətə baxmayaraq qrup lideri kimi pley-offa vəsiqə qazanıb.
Yunanıstanlı Mariya Sakkari də mübarizəni davam etdirir. O, qrupun sonuncu görüşündə belaruslu Arina Sobalenkadan güclü olub. İlk iki setdə tennisçilər tay brekdə qələbə qazanıblar. Həlledici hissəni isə Sakkari xeyrinə başa vurub. Mükafat fondu 5 milyon dollar olan yarışın qalibi nobarın 17-də müəyyənləşəcək.