Con Terri 2000-ci illərin ən yaxşı müdafiəçisi seçilib - SİYAHI

"FourFourTwo" portalı 2000-ci illərin (21-ci əsrin ilk onilliyi) ən yaxşı müdafiəçilərini müəyyənləşdirib.

Sportline.az xəbər verir ki, portalın versiyasına görə "Çelsi"nin əfsanəvi kapitanı Con Terri siyahıda liderdir. Həmin dövrdə “Yuventus” və “Real”ın formasını geyinən müdafiəçisi Fabio Kannavaro 2-ci, “Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand isə 3-cüdür.

32 oyunçunun tam siyahısı portalın saytında dərc olunub.

"FourFourTwo" portalına görə 21-ci əsrin ilk onilliyinin​ ən yaxşı 10 müdafiəçisi:

1. Con Terri, İngiltərə

2. Fabio Kannavaro, İtaliya

3. Rio Ferdinand, İngiltərə

4. Alessandro Nesta, İtaliya

5. Eşli Kol, İngiltərə

6. Kafu, Braziliya

7. Roberto Karlos, Braziliya

8. Paolo Maldini, İtaliya

9. Karles Puyol, İspaniya

10. Nemanya Vidiç, Serbiya