Cud Bellingemin Ronaldo etirafı

“Real Madrid”in gənc ulduzu Cud Bellingem Kriştianu Ronaldu haqqında açıqlamasında portuqaliyalı ulduza olan heyranlığından danışıb.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, Cud Bellingem jurnlistin "səncə dünyanın ən yaxşı futbolçusu kimdir?" sualına belə cavab verib:

“Kriştianu Ronaldu gəlmiş keçmiş ən yaxşı futbolçudur.. Əsasən də “Barselona”ya Kamp Nouda qol vurduqdan sonra "mən burdayam" hərəkəti ağlımdan çıxmır. Məni onunla müqayisə edirlər, amma Ronaldu müqayisə olunacaq biri deyil. O, canlı əfsanədir və əfsanə olmağa davam edir”, - deyib.

Qeyd edək ki, Cud Belingem “Real Madrid” forması ilə çıxdığı 12 oyunda 11 qol 3 asisstlə yadda qalıb.