Dadunun Çexiya - Moldova matçından gözləntisi

Moldova millisinin keçmiş forvardı Sergey AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Çexiya - Moldova matçı barədə danışıb.

Sportline.az xəbər verir ki, məşhur hücumçu Moldova seçməsinin şansını yüksək qiymətləndirib.

“Albaniya ilə heç-heçə etdik və nağıl davam edir, çünki Avropa çempionatının final mərhələsinə çıxmaq üçün tarixi şansımız var. Uşaqlar bunun üçün hər şeyi edirlər, əladırlar! Moldova millisinin güclü tərəfləri hansılardır? Məşqçilər korpusunun aşıladığı xarakter və ruh. Buna görə də çexlərə qalib gələ bilərik”, – deyə "Metaratings.ru"ya danışıb.

Qeyd edək ki, Çexiya - Moldova matçı bu gün saat 23:45-də başlanacaq.