Daha bir argentinalı ulduz "İnter Mayami"də

"Atletiko"nun argentinalı futbolçusu Rodriqo De Paul karyerasını "İnter Mayami"də davam etdirəcək.

Sportline.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin keçidi ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir.

Bu haqda insayder Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb. 

Qeyd edək ki, Rodriqo ötən mövsüm meydana çısdığı 53 oyunda 3 qol və 10 asistlə yadda qalıb. 

Dünya çempionunun transfer dəyəri 25 milyon avrodur.