Daha bir məşhur futbolçunun evi qarət olundu

İspaniyanın "Atletiko" klubunun futbolçusu Tomas Partinin Madriddəki evi qarət olunub.

Sportline.az "Cope" nəşrinə istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da baş verib. Həmin vaxt evdə yalnız xidmətçi olub. 

26 yaşlı qanalı yarımmüdafiəçiyə dəyən ziyanın miqdarı hələ ki bəlli deyil. Hadisə zamanı evdə olan işçinin xəsarət almadığı bildirilir. Oyunçu hadisə zamanı Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Lokomotiv"lə matç üçün Rusiyanın paytaxtı Moskvada olub.

Qeyd edək ki, "Lokomotiv" - "Atletiko" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.