Daniele De Rossi “Roma”nın yeni baş məşqçisi ola bilər

"Roma”nın keçmiş əfsanə futbolçusu De Rossi, Jose Mourinyonun bu gün  komandadan ayrılmasından sonra “canavarların” yeni baş məşqçi vəzifəsini icra edə bilər.

Sportline.az  Fabritsyo Romanonun "X" sosial şabəkəsində paylaşımına istinadla xəbər verir ki, fubolçuluq karyerasını 2020-ci ildə başa vuran De Rossi son olaraq “Spal” klubunuda baş məşqçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Daniel De Rossi karyerası ərzində "Roma" və "Boxa Junyors" klublarının şərəfini qoruyb.