Argentina dünya çempionudur!

Bu gün Qətərdə keçirilən DÇ-2022-nin qalibi bəlli olub.

Sportline.az xəbər verir ki, finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gəlib. Penaltilərdə daha dəqiq olan Argentina dünya çempionu olub. 

Xatırladaq ki, DÇ-2022-nin bürünc medalçısı Xorvatiya olub.

18 dekabr

DÇ-2022, Final

19:00. Argentina – Fransa 3:3 (pen. 4:2)

Qol: Messi, 23-penalti (1:0), Di Mariya, 36 (2:0), Mbappe, 79-penalti (2:1), 82 (2:2), Messi, 109 (3:2), Mbappe, 118 (3:3)

Baş Hakim Şimon Marçinyak (Polşa)

"Lusail" stadionu