De Brüyne "İnter Mayami" klubuna keçə bilər
"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüyne mövsümün sonunda klubdan ayrılacağı dəqiqləşib.
Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, "İnter Mayami" De Brüyneni azad agent kimi transfer etmək istəyir.
33 yaşlı yarımmüdafiəçi bu mövsüm çıxış etdiyi 33 matçda 5 qol və 8 asistlə yadda qalıb.
Qeyd edək ki, De Brüyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir.