DeAndre Yedlin "İnter Mayami"dən ayrılacaq

Amerikalı futbolçu DeAndre Yedlin "İnter Mayami"dən ayrılacaq.

Sportline.az xəbər verir ki, Lionel Messinin komanda yoldaşı olan 30 yaşlı təcrübəli futbolçu "Sinsinnati" klubu ilə şəxsi razılıq əldə edib.

"İnter Mayami" klubu görüşlərin rəsmiliyini doğrulayıb və Yedlininin ayrılacağını bildirib.

Qeyd edək ki, DeAndre Yedlin daha öncə "Qalatasaray" klubunun da şərəfini qorumuşdu.