Dəniz Yılmazsız "Bursaspor" darmadağın oldu
Türkiyə Super Liqasında 22-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Azərbaycan millisinin üzvü Dəniz Yılmazın şərəfini qoruduğu "Bursaspor" "Kasımpaşa"nın qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:0.
D.Yılmaz cəzalı olduğuna görə, oyunu buraxıb.
“Rizespor” öz meydanında “Kayserispor”u qəbul edib. Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
“Rizəspor” – “Kayserispor” - 2:4
Qollar: Kveuke, 5, 90 (pen.) - Laval, 15, Vural, 43, Velliton, 76, 90+3
“Kasımpaşa” – “Bursaspor” - 4:0
Qollar: Titi, 44-pen. Koyta, 63, 68, Tunay Torun, 77
Qırmızı vərəqə: Ertuğrul Ersoy, 42 ("Bursaspor")