Derbidə "Siti" sevindi
"Mançester Siti" Premyer Liqanın 10-cu turunun matçında səfərdə "Mançester Yunayted"i darmadağın edib - 3:0.
Sprotline.az xəbər verir ki, qonaqların heyətində Erlin Haaland dubl edib. Norveçli 26-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib, 49-cu dəqiqədə ikinci qolu vurub. 80-ci dəqiqədə Fil Foden Haalandın ötürməsi ilə hesabı dağıdıcı həddə çatdırıb.
“Mançester Siti” 24 xalla Premyer Liqada üçüncü pilləyə yüksəlib. “Mançester Yunayted” 15 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.