Deşam: "Məğlubiyyəti qəbul etmək çətindir"

“Məyusluq çox böyükdür. Turnirdən əvvəl və turnir ərzində asan deyildi. Lakin bu, bəhanə deyil. Bu dünya çempionatı heyət və oyunçular üçün əsl xoşbəxtlik idi". 

Sportline.az xəbər verir ki, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2022-nin finalında Argentinaya penaltilər seriyasında 2:4 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"İlk 60 dəqiqə ərzində heç nəyi düzgün etmədik. Keyfiyyət və cəsrətlə hər şeyi bərabərləşdirdik. Əlimizdən gəldiyi qədər çalışdıq. Penaltilərə qədər oyunu apardıq. Çox böyük çətinlikləri aşdıq. Son 4 gündə bir çox problemimiz oldu. Xəstəliklər bizə çox təsir etdi. Məğlubiyyəti qəbul etmək çətindir. Daha əvvəl dünya çempionu olmuşduq, amma bu uğuru təkrarlamaq asan deyildi. Yekunda kuboku qazana bilmədik" - deyə o bildirib.

Mütəxəssis millidəki gələcəyi ilə bağlı bunları söyləyib: “2023-cü ilin əvvəlində Fransa Futbol Federasiyasının prezidenti ilə görüşüm olacaq. Onunla bu məsələni müzakirə edəcəyik. Qalib gəlsək də, eyni şeyi deyərdim. Bu məsələ vaxt tələb edir”.