Deşam yalnız finalı düşünür
Fransa millisinin baş məşqçisi Didye Deşam millidəki gələcəyi ilə bağlı sualları cavablandırıb.
Sportline.az xəbər verir ki, mütəxəssis yalnız sabah DÇ-2022-nin finalında Argentinaya qarşı keçirəcəkləri oyuna kökləndiyini deyib:
“Fransa milli komandası mənim başıma gələn ən gözəl şeydir. Mən bir məşqçi kimi bunu bilməkdən şərəf duyuram. Bu ehtirasdır, çox yüksək səviyyədir. Özümü çox yaxşı hiss edirəm. Bu vəzifədə çox xoşbəxtəm. Ən önəmlisi həmişə mən yox, Fransa komandası olub. O, hər şeydən üstündür. Mən millinin xidmətindəyəm və hələ də sabahkı oyun üçün buradayam. Ancaq bu mənim üçün ən vacib şey deyil. Beynimdə yalnız sabahkı matç var".
Xatırladaq ki, Argentina - Fransa oyunu sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.