Diazın atası ilə bağlı son xəbər
Üsyançı Milli Azadlıq Ordusu hərbi əməliyyatların ulduz futbolçu Luis Diazın atasını azad etmək planını həyata keçirməsinə mane olduğunu bildirib.
Sportline.az xəbər verir ki, bu barədə ordu nüməyəndəliyi “The Guardian”a bidlirib.
“Biz hökumət qüvvələri ilə insidentlərin qarşısını almaq üçün çalışırıq. İntensiv axtarış əməliyyatının bir hissəsi olaraq, yerüstü uçuşlar və qoşunların çətin relyefli ərazilərə daxil olması addımları atılıb. Bu vəziyyət buraxılış planının tez və təhlükəsiz şəkildə icrasına mane olur. Bu sahədə əməliyyatlar davam edərsə, onlar azadedilməni ləngidəcək və riskləri artıracaq” - deyə bəyanatda bildirilib.