Dieqo Kostaya sərt cəza: 8 oyun olmayacaq

"Atletiko"nun futbolçusu Dieqo Kosta ağır cəzaya məruz qalıb.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi oyunçunu La Liqanın 31-ci turunda "Barselona" ilə görüşdə etdiyi hərəkətlərə görə 8 oyunluq cəzalandırıb. 30 yaşlı futbolçu baş hakim Xesus Xil Mansanonu təhqir etdiyi üçün 4, həmçinin ona əli ilə etdiyi hərəkətə görə də daha 4 görüşdə oynamayacaq.

Bu qərarın yaxın günlərdə rəsmən elan ediləcəyi bildirilib. Beləliklə, Kosta La Liqada mövsümün qalan hissəsini buraxacaq. Çünki, ölkə çempionatının bitməsinə 7 tur qalıb.